Avizərbələr həmçinin İranın Qabaqcıl Müdafiə Tədqiqatları Təşkilatının (SPND) qərargahına tuşlanıb. Tehranın nüvə silahı proqramı çərçivəsində vacib komponent sayılan bu təşkilat hərbi sahədə innovativ texnologiyaların ərsəyə gətirilməsi üçün mərkəz rolunu oynayır. Təşkilat 2011-ci ildə İranın nüvə silahı proqramının banisi Möhsün Fəxrizadə tərəfindən yaradılıb.
|
| Reuters: "İranın cüzi sayda raketi qalıb" |
Xatırladaq ki, iyunun 13-dən etibarən İsrail və İran arasında qarşılıqlı raket hücumlarına əsaslanan gərgin münaqişə başlayıb. İsrail əsasən İran ərazisindəki nüvə və raket obyektlərini hədəfə alaraq sıradan çıxarır. İran isə dünən İsrailin Beer-Şeva şəhərindəki Soroka Tibb Mərkəzinə güclü raket hücumu həyata keçirib. Çoxsaylı mülki əhali müxtəlif dərəcədə xəsarətlər alıb. Bu hücuma cavabən İsrail Ordusuna İran ərazisindəki strateji hədəflərə, Tehrandakı hökumətlə əlaqəli obyektlərə hücumları artırmaq tapşırılıb. Tapşırığın məqsədi İsrail Dövlətinə qarşı təhlükəni aradan qaldırmaq, "ayətullah rejimini" zərərsizləşdirməkdir.
Hazırda ABŞ Ordusunun da İrana birbaşa müdaxiləsi ehtimalı istisna deyil.
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


